Şamaxıda baş verən yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb

0
389

Şamaxı rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb.

“VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır