PSJ Neymarla danışıqları dayandırdı

0
175

PSJ futbolçusu Neymarla müqavilənin müddətini uzatmaqla bağlı danışıqları dayandırıb.

Paris klubunun rəhbərliyini braziliyalı hücumçunun tez-tez zədələnməsi narahat edir. Həmçinin Kilian Mbappenin son matçlarda yenidən əvvəlki  formasına qayıtmasından sonra bu qərar verilib. Xəbərdə  Neymarın yayda PSJ-dən ayrılmasının  mümkün olduğu bildirilib.Qeyd edək ki, Neymarın Paris təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.