Öz təxəyyülünü milyonlarla azərbaycanlının şuuruna hopdura bilmiş sənətkar

0
292

Tanınmış mədəniyyət və incəsənət xadimləri ilk azərbaycanlı qadın teatr rəssamı Bədurə Əfqanlı ilə bağlı təəssüratlarını bölüşüblər, onun xatirəsinə xalça muzeyində sərgi təşkil edilib.

XX əsrdə Azərbaycanın teatr, rəqs və kino sənətini xalq rəssamı Bədurə Əfqanlı olmadan təsəvvür etmək mümkün deyil. Məhz o, Azərbaycanda aktyorlar və rəqqaslar üçün geyimlər hazırlayan ilk qadındır. Onun hazırladığı geyimlərdən indi də tamaşalarda istifadə olunur.

Yeni Gallery Bakı İncəsənət mərkəzinin direktoru Rafael Gülməmmədov Bədurə Əfqanlının yaradıcılığına kitab həsr etmək qərarına gəlib və müəllifi olduğu “Bədurə Əfqanlı – teatr, kino, rəqs: geyim və obrazlar” kitabını ərsəyə gətirib.

В Азербайджанском национальном музее ковра состоялось открытие выставки, посвященной одной из первых азербайджанских женщин-театральных художниц Бадуры Афганлы

Azərbaycan Milli Xalça Muzeyində görkəmli mədəniyyət xadiminin iştirakı ilə kitabın təqdimat mərasimi keçirilib. Burada həmçinin qonaqlara Yeni Gallery-də, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılan kostyum və dekorasiyaların eskizlərindən ibarət sərgi təqdim olunub. Bütün bunlarla yanaşı Əfqanlı ailəsinin verdiyi əlyazma və fotoşəkillər nümayiş etdirilib.

Açılış mərasimində Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək xalq rəssamının yaradıcılığından bəhs ediblər. Kitab yazmaq ideyası Rafael Gülməmmədovda 90-cı illərdə, Bədurə Əfqanlı ilə ilk tanışlıq zamanı yaranıb. O vaxtdan o, rəssamla əlaqə saxlayıb.

В Азербайджанском национальном музее ковра состоялось открытие выставки, посвященной одной из первых азербайджанских женщин-театральных художниц Бадуры Афганлы

“O, ilk tanışlıqdan məndə Azərbaycanın müdrik qadını təəssüratını yaratdı. Dərhal dedim ki, o, mənə nənəmi xatırladır. Bədurə xanım cavab verdi ki, bunu ona hamı deyir. O, zəhmətkeş qadın idi. Bütün ömrünü aktyor və rəqqaslara geyim hazırlamağa həsr etmişdi. Onun Azərbaycan mədəniyyətində rolu əvəzsizdir. İndiyə qədər də “Leyli və Məcnun”, “Sevil” və digər tamaşalarda istifadə olunan geyimlər onun eskizləri əsasında hazırlanır”, – deyə Gülməmmədov bildirib.

Xalq rəssamının hazırladığı köhnə geyimlər qorunub saxlanmayıb və ona görə də, Gülməmmədov onları sərgidə nümayiş etdirə bilməyib. Amma sevindirici haldır ki, heç olmasa, onun kostyumlarının eskizləri qalıb və onlardan hal-hazırda indiki nəsil teatr rəssamları istifadə edir.

В Азербайджанском национальном музее ковра состоялось открытие выставки, посвященной одной из первых азербайджанских женщин-театральных художниц Бадуры Афганлы

Bədurə Əfqanlı ilə bağlı xatirələrini Azərbaycanın xalq artisti, pedaqoq, “Şərəf” və “Şöhrət” ordenlərinin sahibi Roza Cəlilova da bölüşüb. Onun sözlərinə görə, bütün səhnə geyimləri Bədurə xanım tərəfindən hazırlanırdı və bu kostyumlarda nəinki Azərbaycanda, xaricdə də çıxış edirdi.

“Bir dəfə xaricdə çıxış etməliydim və mənə təcili beş müxtəlif geyim hazırlamaq lazım idi. Bədurə xanım mənə qısa zamanda onları hazırlamağa söz verdi. Onlar o qədər möhtəşəm idi ki, çıxışdan sonra hamı mənə yaxınlaşaraq kostyumlarım barədə soruşurdu”, – deyə Cəlilova bildirib.

В Азербайджанском национальном музее ковра состоялось открытие выставки, посвященной одной из первых азербайджанских женщин-театральных художниц Бадуры Афганлы

Tədbirdə Əfqanlının qohumları da iştirak edirdi. Onların arasında məşhur azərbaycanlı rəssam Eldar Ağamalov da var idi. Onların ailəsində səkkiz fırça ustası yetişib və onların hər biri Azərbaycan Rəssamlar İttifaqının üzvüdürlər, eləcə də əməkdar və xalq rəssamı fəxri adlarını daşıyırlar.

“Bədurə xanım həmişə bizə kömək edib, öz məsləhətlərini verib. Biz onunla birlikdə böyümüşük. Mən Bədurə xanımı xatırlayan və xatirəsini əziz tutan hər kəsə təşəkür edirəm”, – deyə Ağamalov bildirib.

Digər tədbir iştirakçıları da xalq rəssamı ilə bağlı çıxış edərək xatirələrini bölüşüblər. Onların hər biri təkcə Əfqanlının yaradıcılığından deyil, həm də insani keyfiyyətlərindən söz açıblar.

  • Milli Xalça Muzeyində görkəmli mədəniyyət xadimi, Xalq rəssamı Bədurə Əfqanlının xatirəsinə həsr olunmuş sərgi təşkil edilib

Bədurə Əfqanlı 25 oktyabr 1912-ci ildə Bakıda anadan olub. 1931-ci ildə Azərbaycan Dövlət İncəsənət Texnikumunu bitirib. Aşqabad Dövlət Azərbaycan Musiqili Dram Teatrında quruluşçu-rəssam (1934-1935), Azərbaycan Dövlət Dram Teatrında tərtibatçı və geyim üzrə rəssam (1938-1960), 1960-cı ildən “Azərbaycanfilm” kinostudiyasında geyim üzrə rəssam işləyib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Sevgi və qisas”, “İntizar”, “Dağılan tifaq”, “Fərhad və Şirin”, “Otello”, “Şirvan gözəli” və digər tamaşalar üçün eskizlər hazırlayıb. Onun kostyumlarından həmçinin “Koroğlu”, “Leyli və Məcnun”, “Böyük dayaq”, “Dəli Kür”, “O qızı tapın”, “Sevil”, “Qatır Məmməd” və “Dədə Qorqud” filmlərində də istifadə edilib.

Azərbaycan Dövlət Rus Dram Teatrının bir sıra tamaşası, həmçinin opera, rəqs ansamblı və bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkib.

Onun bir çox əsəri Azərbaycan Dövlət Teatr Muzeyi və A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində (Moskva) saxlanılır.

Bədurə Əfqanlı 7 may 2002-ci ildə vəfat edib.