Ölü öz dəfnində qohumlarını əyləndirdi

0
432
Ölü öz dəfnində qohumlarını əyləndirdi
 İrlandiyalı veteran Şey Bredli uzun sürən xəstəlikdən sonra oktyabrın 8-də vəfat edib. Cənazə zamanı qəbirdən yüksək səslər eşidilib: “Mən haradayam? Məni burdan çıxarın! Bura qaranlıqdır! Bu nədir? Keşişdir? Mən qutudayam! Orada yox, burada – sizin qarşınızda! Mən ölmüşəm”. Hər kəs çaş-baş qalıb. Bundan sonra qəbirdən mahnı səsi gəlib:

“Zəng vurdum ki, vidalaşım”.

Cənazənin videosu tezliklə geniş yayılıb. Onu Facebook”da İrlandiya Silahlı Qüvvələrinin bir qrup veteranının imzası ilə yayımlayıblar. “Bu yaxınlarda bizdən hərbi və mülki yumorun fərqinin nə olduğunu soruşdular. Cavab sadədir: hərbidə yumor qara rəngdədir. 12 oktyabr Şey Bredlinin cənazəsi” Bredlinin qızı açıqlamasında irlandiyalı hərbiçinin mesajı ölümündən əvvəl yazdığını bildirib.

Qeyd: dinamiklər vasitəsilə səsləndirilib.