NASA kosmosa ilk dəfə hamısı qadınlardan ibarət qrup yollayacaq

0
194
NASA kosmosa ilk dəfə hamısı qadınlardan ibarət qrup yollayacaq
Milli Havaçılıq və Kosmos Dairəsi – NASA kosmosa ilk dəfə hamısı qadınlardan ibarət qrupun qatılacağını bildirdi.

21 oktyabrda qadın astronavtlar Kristina Kox (Christina Koch) və Cessika Meir (Jessica Meir) Beynəlxalq Kosmos Stansiyasından (İSS) çıxıb kosmik əməliyyatları həyata keçirəcəklər.

İki qadından ibarət qrup kosmosa martda gedəcəkdi, amma qadın astronavt paltarı olmadığı üçün səfər ləğv edilmişdi.

NASA yalnız qadın astronavtlardan ibarət kosmik qrupun təsadüfən bir araya gəldiyini bildirib: “Ancaq qadınlardan ibarət kosmik qrup heç vaxt xüsusi səy göstərilməyib.”