Nəsiminin 650 illik yubileyinə həsr edilmiş şeir müsabiqəsinin ikinci turu keçirilib

0
370

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş şeir müsabiqəsinin ikinci turu keçirilib.

Baş İdarədən bildirilib ki, müsabiqədə Binəqədi rayon MKS-nin strukturuna daxil olan bütün kitabxanalardan seçilmiş I turun qalib oxucuları iştirak ediblər. Mədəniyyət və təhsil müəssisələrindən seçilmiş münsiflər heyətinin ümumi rəyi illə yekun turda iştirak etmək üçün 2 nəfər – Rəvan Əsədov və Hökümə Sultanova qalib seçilib.

Şeir müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycan klassik ədəbiyyatının təbliği, kitabxanalara ictimai marağın artırılması, istedadlı uşaqların aşkarlanması və mütaliə vərdişlərinin inkişaf etdirilməsidir.