Makedoniyalı İsgəndəri öldürən səbəb… – Tarixi kəşf

0
223

Çoxillik araşdırma nəticəsində Makedoniyalı İsgəndərin ölüm səbəbi müəyyən edilib.
Sərkərdənin ölüm səbəbi 1995-ci ildən alimlər tərəfindən tədqiq edilir. Son araşdırmaları aparan Aristotel Universitetinin alimləri doktor Tomas Qerasimidisin rəhbərliyi altında belə qənaətə gəliblər ki, İsgəndər pankreonekrozdan – mədəaltı vəzin kəskin iltihabından dünyasını dəyişib.
Alimlərin fikrincə, onun bu səbəbdən ölməsi şərab və yağlı yeməyə meyilli olması ilə əlaqədar ola bilər. Alimlər onun ömrünün son günlərini təsvir edən tarixi sənədlər əsasında belə qənaətə gəliblər ki, ölümdən öncə onda halsızlıq, qarın nahiyəsində güclü ağrılar, qızdırma olub ki, bu da məhz həmin xəsətliyin əlamətləridir.
Lakin bu vaxta qədər Makedoniyalı İsgəndərin malyariya, pnevmaniya, yatalaq kimi xəstəlikdən dünyasını dəyişməsi barədə fikirlər səsləndiriblər.