“Məni gülərüz yadda saxlayın”: Paralimpiya çempionu evtanaziya ilə dünyasını dəyişdi – FOTO

0
561

London Paralimpiya Oyunlarının çempionu belçikalı Marika Vervut evtanaziya proseduruna məruz qalıb.

“BBC” xəbər verir ki, idmançı güclü əzələ ağrılarından (miopatiya) əziyyət çəkirmiş.

Vervut “London-2012” Paralimpiadasında əlil arabasında yarışda qalib gəlib.

Evtanaziya haqqında razılığını təsdiq edən sənədi idmançı hələ 2008-cı ildə imzalayıb.

Müsahibələrinin brində o, insanların yaddaşında güclü və gülərüz qalmaq istədiyini söyləyib.

22 oktyabr axşamı, çempion evtanaziya üsulu ilə həyatdan məhrum edilib.

Qeyd edək ki, Belçikada 2002-ci ildən evtanaziyaya rəsmi icazə var.