Məktəblərə summativlərlə bağlı tapşırıqlar verildi

0
261
Məktəblərə summativlərlə bağlı tapşırıqlar verildi
2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur.

Həmçinin fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması kimi məsələlərə yer veriləcək. O cümlədən məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodiki köməklik göstərilməsi də diqqət mərkəzində saxlanılacaq.

Əmrə uyğun olaraq, ibtidai siniflərdə şagirdlərin oxu, yazı və riyazi bacarıqlarının səviyyəsinin öyrənilib müzakirə edilməsi, ümumi təhsil məktəblərində xarici dillərin tədrisi ilə bağlı mövcud vəziyyətin araşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, şagirdlərin İKT bacarıqlarının və rəqəmsal düşüncə tərzinin hazırkı durumunun təhlil edilməsi, şagirdlərdə tədqiqatçılıq bacarığının formalaşdırılması ilə bağlı onların araşdırma tələb edən layihələrə cəlb olunması istiqamətində tədbirlərin həyata keçirilməsi əsas hədəflərdəndir.

R.Tağıyev onu da əlavə edib ki, cari tədris ilində kiçik və böyük summativləri uyğun hesab edilən məktəblərin nümunələri digər məktəblərə göndərilərək təcrübə mübadiləsi təşkil ediləcək. Bu da öz növbəsində inkişafa ehtiyacı olan məktəblər üçün faydalı olacaq.