La Liqa: “Villarreal” doğma meydanda “Deportivo Alaves”i məğlub edib

0
192

Oktyabrın 25-də futbol üzrə İspaniya La Liqasının X turunun ilk qarşılaşmasında “Villarreal” doğma meydanda “Deportivo Alaves”i qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Estadio de la Ceramica” stadionunda baş tutan görüş maraqlı hücumlarla yadda qalıb. Görüşdə hesabı 13-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Karl Toko Ekambi açıb. Birinci hissə elə bu hesabla bitib 1:0. İkinci hissənin 50-ci dəqiqəsində qonaqların futbolçusu Lukas Peres hesaba tarazlıq gətirib. Lakin meydan sahiblərinin hücumçusu Karl Toko Ekambi 65-ci dəqiqədə dublunu rəsmiləşdirib. Görüşün 84-cü dəqiqəsində “Villarreal”ın hücumçusu Cerard Moreno bir daha fərqlənərək hesabı 3:1 edib. Oyunda son nöqtə 90-cı dəqiqədə qoyulub. Xavier Ontiveros komandasının dördüncü qolunu vurub. Beləliklə “Villarreal” doğma meydanda “Deportivo Alaves”i 4:1 hesabı ilə darmadağın edib.
Bu oyundan sonra “Villarreal” turnir cədvəlində 17 xalla üçüncü pillədə qərarlaşıb.
Turun digər oyunları oktyabrın 26-27-28-də keçiriləcək.