İstanbulda Parlament sədrlərinin üçüncü konfransının açılışı olub

0
178

Oktyabrın 11-də İstanbulda “Terrorizmlə mübarizə və regional bağlantıların gücləndirilməsi” mövzusunda Parlament sədrlərinin 3-cü konfransının açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Təhlükəsizlik olmadan sülh, sülh olmadan inkişaf olmaz”,- deyə vurğulayıb. İnkişafın olmadığı yerdə sülh və rifahın da mümkünsüzlüyünü qeyd edən Prezident bütün bu amillərin yox olduğu cəmiyyətin gələcəyinə inamla baxa bilmədiyini söyləyib.
Qeyd edək ki, konfransda bir sıra ölkələrin parlament sədrləri iştirak edir.