İsmayıl Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi – SƏRƏNCAM

0
402

Prezident İlham Əliyev İ.M.Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İsmayıl Məhərrəm oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.