Bu ölkədə homoseksuallara edam cəzası tələb edilir

0
376

Uqandanın əxlaq və vicdan məsələləri üzrə naziri Saymon Lokodo homoseksuallar üçün edam cəzasının verilməsini nəzərdə tutan qanun layihəsini yenidən parlamentin gündəliyinə salmağı planlaşdırır.

Nazirin fikrincə, homoseksuallığı təbliğ edənlər də cinayətkar sayılmalı və edama məhkum olunmalıdırlar.

Hələ 2014-cü ilin fevralında Uqanda prezidenti Yoveri Museveni cinsi azlıqlara qarşı tədbirləri sərtləşdirən qanun layihəsini imzalamışdı. Ancaq Konstitusiya məhkəməsi həmin qanunu rədd etmişdi.

Lokodo əmindir ki, qanun bu dəfə parlamentin 2/3 səs çoxluğu ilə qəbul ediləcək.

Qeyd edək ki, Uqanda qanunvericiliyinə əsasən, ölkədə homoseksualları ömürlük həbs cəzası gözləyir.