Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha 2 medal qazanıb – FOTO

0
441

 

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatının 3-cü günü də Azərbaycan millisi üçün uğurlu olub.

Azərbaycanı dünya çempionatında təmsil edən veteran cüdoçu Mübariz CəfərovM-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. M.Cəfərov Fransa, Rusiya, Portuqaliya və Gürcüstandan olan rəqiblərini məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada Fransa təmsilçisi Cimmi Kadosa qalib gələn Azərbaycan cüdoçusu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

M-5 kateqoriyası üzrə 73 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərovdünya çempionatının bürünc medalına layiq görülüb. Bu Azərbaycan millisinin Mərakeşdə qazandığı 4-cü medal olub.

Qeyd edək ki, əvvəlki yarış günlərində Fərhad RəcəbliMəmməd Məmmədovmundialda 1-ci yeri tutublar.