Azərbaycanlı müğənni doğulmamış övladını həmkarına hədiyyə etdi

0
237
Azərbaycanlı müğənni doğulmamış övladını həmkarına hədiyyə etdiAzərbaycanda efirdə hələ doğulmamış uşağın ana tərəfindən başqasına hədiyyə verilməsi ilə bağlı maraqlı hadisə yaşanıb. Belə ki, “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramında müğənni Dəniz dünyaya gələcək övladını ana ola bilməyən həmkarına verəcəyini bildirib. Müğənninin bu sözləri tamaşaçıların və sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasına səbəb olub.
“İkinci dəfə ana olmağa hazırlaşıram. Oğlum olsa, onu Mənzurə xanıma hədiyyə edəcəm. Bununla bağlı Mənzurə xanımla danışdıq, razılaşdıq. Mən doğma övladımı hədiyyə kimi Mənzurə xanıma verəcəm”, – deyə müğənni qeyd edib.  

Milli.Az xəbər verir ki, oxu.az-a danışan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, ana uşağını hədiyyə verə bilməz:

“Uşaq əmlak deyil. Bunu yalnız dövlət orqanları müəyyənləşdirə bilər. Uşaq böyüyəndə özü kimlə yaşamaq istədiyi barədə qərar verməlidir.

Uşağın hədiyyə verilməsi zorakılığın ən pis formasıdır. Satmaqla hədiyyə verməyin nə fərqi var? Bu uşağı ya dünyaya gətirməsinlər, ya da özləri böyütsünlər. Dövlətə də verə bilərlər. O zaman dövlət uşağın qayğısına qalacaq.