“Azərbaycanın bu haqlı mübarizəsində Azərbaycanı tək buraxmamalıyıq” – Çavuşoğlu

0
176

cavusoglusabrimiz-so-0dc23f43dd70e3830bf1.jpg

Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyənin olmadığı yerdə Azərbaycan Türkiyəni müdafiə edər, Azərbaycanın olmadığı yerdə Türkiyə Azərbaycanı müdafiə edər. Bu, bizim borcumuzdur.

BunTürkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda “Qlobal medianın inkişaf trendləri: risklər və imkanlar” beynəlxalq media konfransında çıxışı zaman deyib.

Nazir qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi mövzusunda dünya səssizdir, Azərbaycana qarşı ikili standartlar mövcuddur: “Azərbaycanın bu haqlı mübarizəsində Azərbaycanı tək buraxmamalıyıq. Biz birgə çalışmalıyıq”.