Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparıldı

0
618

Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparıldı

Böyrək çatışmazlığından əziyyət çəkən karate üzrə Avropa çempionu Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparılıb. Bu barədə idmançının özü sosial şəbəkə hesabında məlumat verib.

“Hər kəsə cavab yaza bilmirəm. Dəstəyiniz üçün, maraqlandığınız üçün çox sağ olun. Türkiyədəyəm. Düzələcəyəm İnşallah. Dua edin”, – idmançı İnstaqramda qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Ayxan Mamayev buna qədər belə problemlə üzləşmədiyini və böyrək köçürülməsinə ehtiyac olmayacağını demişdi.