Əli Həsənov bu yüksək vəzifələri icra edəcək

0
463

Əli Həsənov bu yüksək vəzifələri icra edəcəkXəbər verdiyimiz kimi dünən Prezident İlham Əliyevin sərəncamı ilə Əli Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilib.

Ə.Həsənov işdən çıxarılmasına baxmayaraq bir neçə vəzifəni hələ də icra etməkdə davam edir. O, hazırda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Eyni zamanda Əli Həsənov Yeni Azərbaycan Partiyasının Sədr müavinidir.

Qeyd edək ki, Prezident İlham Əliyev dünənki qəbulda bildirib ki, Ə.Həsəniov bundan sonra da Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərəcək.