Xalq-hakimiyyət birliyi mövcud olan ölkədə sabitliyi pozmaq mümkün olmayacaq

0
454

 

“Ölkəmizin prezidenti haqqında bir sıra düşmən taktikası yönümlü qərəzli muxalifət media mənbələrinin yaydığı məlumatlar ictimaiyyətin və xalqın bütün nümayəndələri arasında narahatlıq yaratmaq məqsədi daşıyır”.

DAMM İB-in I vitse-prezidenti, İNK İH-nin sədri, SİMİB-in rəhbəri Rasim Məmmədov son vaxtlar əhalimizin bir sıra nümayəndələri arasında çaxnaşma yaratmağa çalışan düşmən muxalif qüvvələrin qərəzli insident çağırışlarına uymamağa və inanmamağa çağırır:

“Prezidentimiz iş başındadır. Xalqı narahat edənlərin deyil, xalıqın rifahı və rahatlığı üçün narahat olanların, əziyyət çəkənlərin fəaliyyətini əks etdirən saytları izləyin. Eyni zamanda, hər bir kəs şaiyələr axtarışında deyil, özü üçün və imkanı olarsa ətrafındakılar üçün xeyirli əməli işlər görməyə çalışın. Xalqına düşmən qüvvələrin maliyyələşdirilməsi ilə həyatını qurmaq istəyənlər başa düşməlidirlər ki, bütün bunlar müvəqqəti siyasi oyundur. Bu qorxunc siyasi oyunların taleyinin tarixlər boyu necə acınacaqlı olduğunu unutmayaq. Bizi uçuruma sürükləyənlərin deyil, həyatımızı gözəlləşdirmək istəyənlərin arxasınca gedək”.

Hər zaman ictimaiyyəti narahat edən problemlərin həllində hüquqi, adekvat və real mənəvi təbliğat yollarının axtarışında olan İctimai Nəzarət Koalisiyasının rəhbəri Rasim Məmmədov eyni zamanda bildirmişdir:

“30 ildir onlarca dünya birliklərinin həlli üçün birgə mübarizə apardıqları bir problemi  mitinqlərlə həll etməyin mümkün olacağının düşünülməsinə siyasi şüur zəifliyindən başqa bir ad vermək mümkün deyil. Dövlətimizə xəyanət edən heç bir qüvvə artıq ölkənin ictimai-siyasi sabitliyini poza bilməyəcək. Ölkəmizdə xalq-hakimiyyət birliyinin mövcudluğu bunu bir daha sübut edir”.

Onu da qeyd edək ki, oktyabrın 1-də yaradılmasının 4 illiyini qeyd edəcək İctimai Nəzarət Koalisiyası Sabitlik və İnkişaf Mərkəzi ilə birgə ölkənin ictimai həyatının bütün sahələrinə nəzarətin yeni layihələri üzərində çalışır.

Rasim Məmmədov ictimai nəzarətin əhəmiyyəti ilə bağlı ölkə prezidenti tərəfindən söylənilən tövsiyələrin və tapşırıqların reallığına xidmət çərçivəsində həyata keçirilmiş yüzlərlə ictimai nəzarət faktları və mədəni-sosial tədbirlərin davamı istiqamətində  fəaliyyətin daha da gücləndirilməsinin  vacibliyini qeyd etmişdir.

“ictimaixeber.az”