Vilayət Eyvazovdan Yeni Təyinat

0
152

Vilayət Eyvazovdan
 
Azərbaycan daxili işlər orqanlarında növbəti təyinat olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovniki Azad Quliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi təyin olunub.

Xəbəri nazirliyin Baş Mühafizə İdarəsindən təsdiqləyiblər.

Qeyd edək ki, bu təyinata qədər həmin vəzifədə BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkəni polis polkovniki Azər Sadıqov çalışırdı. O, Nabrandakı “El Faro” əyləncə mərkəzində olarkən səhhəti pisləşmişdi.Sonra A.Sadıqov Türkiyədəki klinikada dünyasını dəyişmişdi.