Şəmkirdə avtobus yük maşını ilə toqquşub – Ölən və yaralılar var

0
225
 Şəmkirdə avtobus yük maşını ilə toqquşub - Ölən və yaralılar var
Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobili toqquşub.
Səhiýyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib:

“Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır vəziyyəti kritikdir”.