“Övladıma böyrək almaq üçün ona 15 min ödədim”

0
166

“Övladıma böyrək almaq üçün ona 15 min ödədim”

Bakıda 27 nəfərin böyrəyini satmaqda təqsirləndirilən taksi sürücüsü, 62 yaşlı Vahib Xudadatovun məhkəməsi keçirilib. 

Bugünkü iclasda böyrək alanların yaxınları şahid qismində ifadə veriblər.

Əli Nuriyev deyib ki, azyaşlı övladında böyrək xəstəliyi olduğu üçün 2015-ci ildə Vahab ona böyrək tapmaqda və Tbilisidə əməliyyat etdirməkdə kömək edib: “Övladım üçün böyrəyi Rüstəm adlı şəxsdən aldım və təxminən 15 min manat ödədim. Amma bir neçə il sonra uşağın böyrəyində yenə də problem yarandı, hazırda dializdədir”.

Xudadatov bildirib ki, Nuriyevin verdiyi puldan ona cəmi min manat çatıb, qalanı isə donora və həkimlərə verilib.

Sevil Səfərli isə böyrək çatışmazlığından əziyyət çəkən oğlu Vüsala böyrək tapmaqda vasitəçilik edib: “Vüsalın vəziyyəti çox pisləşmişdi, dəfələrlə komaya düşmüşdü. Hətta həyatını itirmək təhlükəsi yaranmışdı. Vahab böyrək tapmaqda və əməliyyatda bizə köməklik etdi, onu yenidən həyata qaytardıq. 12500 dollar pul verdik, onun 500 dolları Vahaba çatdı”.

Proses sentyabrın 9-da davam etdiriləcək.

Qeyd edək ki, Vahib Xudadatov özünü zərərçəkmişlərə Sahib kimi təqdim edib. O, “Qarabağ” futbol klubunun U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.