Məmur olmaq istəyənlərin müsahibəsi davam edir

0
567
Ümumilikdə 5 dövlət orqanında 30 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 16-da elan olunmuş ümumi müsahibə davam edir.
DİM-dən verilən məlumata görə, sentyabrın 4-ü saat 17:55-dək olan göstəricilərə əsasən, müsahibədə 12 nəfər uğur qazanıb. Onlardan 3 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 3 nəfər İqtisadiyyat Nazirliyində, 3 nəfər Maliyyə Nazirliyində, 2 nəfər Sumqayıt Apelyasiya Məhkəməsində, 1 nəfər isə Hesablama Palatasında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələr sentyabrın 9-da başa çatacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Maliyyə Nazirliyi (22 vəzifə) tərəfindən təqdim olunub.
Xatırladaq ki, ümumi müsahibədə iştirak üçün 57 nəfər müraciət edib.