Ekspert problemi göstərdi, rəsmi qurum hərəkətə keçdi – Foto

0
211

Yol-nəqliyyat eksperti Azər Allahverənov Bakı küçələrinin yağıntılı havalarda ən böyük problemlərindən olan yağış sularının küçələri basma səbəbləri ilə bağlı olduqca əhəmiyyətli məlumat paylaşıb.

Ekspert problemə əsas səbəb kimi yol kənarlarındakı drenaj axınları üçün nəzərdə tutulmuş quyuların zibilliklərlə dolmasını göstərib.
A.Allahverənov bidirib ki, Nəsibbəy Yusifbəyli küçəsi ilə Akademik Topçubaşov küçəsinin kəsişməsində drenaj axınları üçün nəzərdə tutulan quyuların dəmir barmaqlıqları yoxdur:
“Bu səbəbdən quyunun ağzı xəzəl və məişət tullantıları ilə doludur. Bu yağış yağanda suyun axıntısını çətinləşdirir, hətta tam olaraq qarşısını da ala bilir. Sonra yağış zamanı kanalizasiya xəttlərinin niyə işləməməsi bağlı suala cavab axtarırıq. Drenaj qapaqları olmalıdır, vaxtaşırı bu barmaqlıqlar çıxırılmalı və quyular təmizlənməlidir. Nəzarət edilmədiyi və gec-gec təmizləndiyi üçün yağıntılı havaklarda problem yaşayırıq”.
Ekspertin gündəmə gətirdiyi olduqca aktual məsələyə “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı da münasibət bildirib. Qurum sözçüsü belə bir əhəmiyyətli məsələni gündəmə gətirib işıqlandırdığı üçün ekspertə təşəkkür edib.