Dünyanın ən ağıllı uşağı 6 yaşında Oksford Universitetinə qəbul oldu – MARAQLI

0
281

Coşua Bekford yüksək funksional autizm diaqnozu qoyulan dünyanın ən ağıllı uşağıdır. Coşuanın atası hələ10 aylıqkən onun klaviatura hərflərini əzbərləyə bildiyini, daha sonra isə hərf yazdığını və müxtəlif qrafiklərdəki fərqli rəngləri göstərdiyini kəşf edib.
Coşua 3 yaşı olan zaman fərqli bir dil öyrənib və səlis bir şəkildə Yapon dilində danışmağa başlayıb.
2011-ci ildə atası Oksford Universitetində 8-13 yaş arası uşaqlara xas bir proqram kəşf edib və oğlunun bacara biləcəyinə inanaraq qəbul edilmə ümidi ilə Oksforda müraciət edib.
Oksford Universiteti tərəfindən Bekforda qeydiyyat girmək şansı verilib və indiyədək qəbul edilən ən gənc (6 yaşında) tələbə olub. “Mən dünyanı xilas etmək istəyirəm. Dünya və insanların fikirlərini dəyişmək istəyirəm. Dünya ilə bağlı doğru şeyləri görmək üçün bəzi şeyləri dəyişdirmək istəyirəm” deyən 12 yaşlı Coşuanın yaşıdları üçüncü sinifdə oxuyur.
Xəyali beyin cərrahı olmaq olan Coşua qarşıdakı iki il ərzində həkim olmaq məqsədinə çatmağı planlaşdırır. Akademik çalışmalarından əlavə Misir tarixi haqqında olduqca maraqlı olan gənc dahi hazırda bir uşaq kitabı üzərində çalışır.