“Azərbaycanın “Qarabağ” klubu belə “Milan”dan güclüdür” – Məşhur italiyan jurnalist

0
205

Məşhur italiyalı jurnalist Marsello Çiriko İtaliya A Seriyasının yeni mövsümü ilə bağlı təxminlərini açıqlayıb.

 Çiriko öz açıqlamasında Ağdamın “Qarabağ” klubunun belə “Milan”dan güclü olduğunu vurğulayıb.

“Hər şey yenidən əvvəlki kimi olacaq. “Yuventus” çempionluğunu bu il də qeyd edəcək. “Yuventus”un heyətində 24-25 top səviyyədə olan futbolçu var. Onların qarşısını almaq çətin olacaq. Digər tərəfdən isə sabiq “Yuventus”lular – Marotta və Konte “İnter”də yaxşı işlər görürlər. “Yuventus”a qarşı çətinlik yaradacaq klub varsa, o da “İnter”dir. 3-cü pilləni isə fikrimcə, son illər stabil çıxış edən “Napoli” tutacaq. Lakin mən “Fiorentina”nı TOP-3-dən kənar qoymaq istəmərəm. Onların yeni prezidenti yay transfer pəncərəsində klub üçün lazımlı oyunçuları gətirdi. TOP-5-liyi, fikrimcə, “Milan” tamamlaya bilər. Amma onlar bunun üçün gözləntiləri doğrultmalıdılar. Onlar keçmişlə yaşamağı unutmalıdılar. Rossonerilər nəsə olan kimi 7 Çempionlar Liqası tituluna sahib olduqlarını deyirlər. Bu düzgün deyil. Razıyam ki, tarixi silmək olmaz, “Milan”ın əzəmətli tarixi var. Lakin hazırda klubda düzgün siyasət yoxdur. Azərbaycanın “Qarabağ” klubu belə onlardan güclüdür. Bunu bizə hətta UEFA-nın klublar arası tərtib etdiyi reytinq deyir. “Milan” 78-ci olduğu halda, Azərbaycan təmsilçisi 70-ci pillədədirlər” – deyə Çiriko vurğulayıb.

Qeyd edək ki, Marsello Çiriko daha çox “Yuventus” azarkeşi olan jurnalist kimi tanınır.