ABŞ-ın Kosmosdakı rəqibləri Yerdəki ilə eynidir

0
163

 ABŞ-ın Hərbi Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford Birləşmiş Ştatların kosmik qüvvələrini təhdid edən ölkələrin adlarını açıqlayıb.

Qeyd edilir ki, o, bu barədə beynəlxalq münasibətlər üzrə qeyri-hökumət şurasında bildirib. General qeyd edib ki, 1990-cı illərdə – Amerka qüvvələri kosmosda yerləşdiriləndə Vaşinqton bu sahədə rəqiblərin yoxluğuna əsaslanırdı. Hazırda isə kosmos rəqabət sferasına çevrilib.

“Bizim rəqiblərimiz Şimali Koreya, Rusiya, Çin və İrandır”, – deyə Danford bildirib.

O əlavə edib ki, adlarını sadladığı ölkələr Amerikanın kosmosdakı potensialını, həmçinin ölkənin hərbi və kosmik maraqlarını təhdid edirlər.