Yapon şirkəti müsəlman xanımlar üçün  hər cür havaya uyğun namaz geyimi hazırladı-FOTOLAR 

0
952

Yaponiyanın “Takva” şirkəti müsəlman xanımlar üçün  istənilən hava şəraitində ibadət edilə bilinəcək praktik, isti və suya davamlı parkaların(baş örtüyü bənd edilmiş, uzun və isti üst geyimi)  buraxılışına başlayıb.
Qeyri-sabit iqlimi olan regionlar üçün hazırlanan namaz geyimi yalnız əba və isti üst geyiminin keyfiyyətlərini özündə cəmləşdirmir. Həmin paltar eyni zamanda uyğun olmayan yerlərdə, məsələn, tez-tez namaz qılmaq məcburiyyətində qalan səyahət edənlər üçün idealdır. Parka su buraxmayan materialdan hazırlanıb. Bu geyim modeli namazda bədənin örtülməli olan bütün hissələrini tamamilə əhatə edir. O, əşyalar arasında çox yer tutmur və kompakt şəkildə  xüsusi bir çantaya yığılması mümkündür.