“Tottenham” “Audi Cup” turnirinin qalibi olub

0
208

“Audi Cup” futbol turnirinin final qarşılaşmasında İngiltərənin “Tottenham” klubu Almaniyanın “Bavariya” komandası ilə görüşüb.

“Alyans Arena”da baş tutan qarşılaşma gərgin hücumlarla yadda qalıb. Oyunda hesabı 19-cu dəqiqədə İngiltərə klubunun yarımmüdafiəçisi Erik Lamela açıb. Birinci hissə elə bu hesabla bitib 1:0. İkinci hissənin 59-cu dəqiqəsində “Tottenham” klubu ikinci dəfə fərqlənib. Bu dəfə hücumçu Harri Keynin ötürməsini dəqiq yerinə yetirən Kristian Eriksen komandasının ikinci qolunu vurub. Lakin Münhen təmsilçisi Jann Fiete Arp cəmi iki dəqiqə sonra hesab arasındakı fərqi azaldıb 2:1. Almaniya klubu 81-ci dəqiqədə hesaba tarazlıq gətirib. Alfonso Davies özünün birinci, komandasının ikinci qolunu vurub. Oyunun əsas vaxtı 2:2 bitdiyi üçün qalib on bir metrlik cərimə zərbələrində məlum olub. On bir metrlik cərimə zərbələrində isə “Tottenhem” klubu 6-5 hesabı ilə Münhen təmsilçisini məğlub edib.

Turnirin 3-cü yeri uğrunda mübarizədə isə “Real Madrid” İstanbulun “Fənərbağça” klubu ilə qarşılaşıb. Gərgin keçən oyunda qapılara 8 qol vurulub. Görüş 5:3 Madrid klubunun xeyrinə bitib.