Tankçılarımız “Tank biatlonu” müsabiqəsinin yarımfinalında – FOTO

0
497

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinə yüksəlmiş 16 komanda arasında püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən, komandaların rəqibləri, çıxış edəcəkləri gün və döyüş texnikasının rəngi müəyyən edilib.

Qırmızı rəngə boyanmış tanklarda çıxış edəcək komandamızın birinci divizionda ikinci qrupdakı rəqibi Çin, Qazaxıstan və Serbiya heyətləri olacaq.