Saray qəsəbəsində işıq olmayacaq

0
397

Saray qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Azərişıq” ASC-nin Sumqayıt Şəbəkə Sahəsindən verilən məlumata görə, buna səbəb 10 kilovoltluq elektrik verilişi xətlərində yenidənqurma işlərinin aparılmasıdır.

Təmir işləri ilə əlaqədar Abşeron rayonunun Saray qəsəbəsinin Heyər Əliyev prospekti, Cabir Novruz, Kərim Axundov, Hacı Zeynalabdin Tağıyev, Əliağa Vahid, Fikrət Əmirov, Səttar Bəhlulzadə, Vəli Axundov, Məşədi Əzizbəyov və Mirzə Ələkbər Sabir küçələrində elektrik enerjisi olmayacaq. Məhdudiyyət 5-6 avqustda saat 10:00-dan 16:00-dək tətbiq ediləcək.

Yenidənqurma işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq.