Şair Oqtay Rza dünyasını dəyişib

0
536

Tanınmş şair Oqtay Rza dünyasını dəyişib.

Bu gün günorta saatlarında tanınmış şair Oqtay Rza Məhəmməd oğlu 85 yaşında vəfat edib.

Qeyd edək ki, Oqtay Rza 1934-cü il noyabrın 2-də Salyan rayonunun Qalalı kəndində anadan olub. “Bir May” adlı ilk şeri yeddiillik məktəbdə oxuyarkən “Sosializm yolu” rayon qəzetində dərc olunub.

1981-ci ildən AYB-nin üzvü olan Oqtay Rza Pedaqoji Universitetin dosenti olub. “Mikayıl Müşfiq” və “Qızıl qələm” mükafatı laureatı idi.

Allah rəhmət eləsin.