Rusiyada 16 yaşlı yeniyetmə bütün ailəsini qətlə yetirib intihar etdi

0
209

Rusiyada dəhşətli qətl hadisəsi baş verib.

Ulyanovsk vilayətində 10-cu sinif şagirdi yeniyetmə anası, kiçik bacısı və qardaşı da daxil olmaqla bütün ailəsini öldürüb.

16 yaşlı qatil daha sonra özü də intihar edib.

Yerli mətbuatın məlumatına görə, o, özünə qəsd etməmişdən əvvəl məktub yazıb və bildirib ki, ölmək istəyib və yaxınları onun üçün narahat olmasınlar deyə onları da özü ilə aparmağa qərar verib.

Yeniyetmənin sinif yoldaşları və qonşularının bildirdiyinə görə təbiətcə sakit olan şəxs məktəbdə də kifayət qədər uğurlu şagird olub.

Valideynləri boşanmış yeniyetmənin qonşu kənddə yaşayan atası ilə də normal münasibətləri olduğu vurğulanıb.