Putin Mehriban Əliyevanı təltif etdi

0
202

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.

Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmləndirilməsində xidmətlərinə görə bu ordenə layiq görülüb.

Bununla bağlı müvafiq qərar Rusiya Prezidentinin rəsmi internet portalında dərc olunub.