Pakistanın Baş naziri ölkəsi ilə Hindistan arasında barışıq üçün ABŞ-ı vasitəçi olmağa çağırıb

0
236

Pakistanın Baş naziri İmran Xan Kəşmir məsələsi ilə bağlı Pakistanla Hindistan arasındakı danışıqlarda barışıq əldə etmək üçün ABŞ Prezidenti Donald Trampı vasitəçi olmağa çağırıb.

Bundan əvvəl Donald Tramp bu məsələdə vasitəçi olmağa hazır olduğunu bildirib.

Pakistan Hindistanı şənbə günü Cammu və Kəşmir regionunda dinc əhaliyə qarşı kasset bombasından istifadə etməkdə günahlandırır.

Pakistan mətbuatının məlumatına görə, partlayış nəticəsində iki nəfər ölüb, on bir nəfər yaralanıb.

Hindistan tərəfi isə bunu təkzib edir.