Obamanın basketbol maykası 120 min dollara satıldı

0
403

ABŞ-ın sabiq prezidenti Barak Obamanın basketbol maykası 120 min dollara satılıb.

Hərrac ötən həftənin istirahət günlərində ABŞ-da keçirilib.

Hərraca çıxarılan əşyalar sırasında Obamanın Honoluluda “Punaxo” məktəbində oxuduğu zaman basketbol oynadığı mayka da çıxarılıb. O, 1979-cu ildə məktəbinə Havay ştatının çempionu adını qazanmağa kömək edib.

Hərrac nümayəndəsinin bildirdiyinə görə, idman maykasından əlavə lota sahibinin orijinallığı təsdiq edən məktubu da daxil edilib. Lot 27 dərəcə yığaraq hərracın ən bahalısına çevrilib.

Maykanın satışından əldə olunan gəlirin bir hissəsi Obamanın doğma məktəbinə göndəriləcək.