Nyu-Yorkda tikintisi gedən bina uçub, ölən və yaralananlar var

0
395

ABŞ-ın Bronks rayonunda tikintisi gedən bina uçub.

Bu barədə Nyu-York şəhərinin yanğından mühafizə xidmətinin “Twitter” səhifəsində deyilir.

Məlumatda bildirilir ki, binanın uçması nəticəsində 1 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

“NBC” telekanalının məlumatına əsasən, ölən və yaralananlar ustalar olub. Binanın uçmasının səbəbi araşdırılır.