NASA UNO-lar barədə məlumat YAYDI

0
223

ABŞ-ın NASA məxfi məlumat mərkəzi yadplanetlilər (UNO) barədə rəsmi məlumatlar yayıb.

NASA ONU məlumat mərkəzi  ABŞ-ın İllinoys ştatında 102 UNO xəbəri aldığını bildirib. Əldə edilən məlumatların bir sıra diqqət çəkən məqamları açıqcasına paylaşıb. Belə ki, 2018-ci ilin fevralın 13-də yerli vaxtla 16:30-da İllinoys ştatının Matton qəsəbəsində UNO ilə bağlı  xəbər daxil olur.

UNO ilə bağlı digər məlumat isə 2018-ci ilin mayın 17-də həmin ştatın Pontoon Beach bölgəsindən daxil olur.

2018-ci ilin  sentyabrın 19-da ABŞ-ın Scott Hərbi-Hava Qüvvələrinə məxsus bazası yaxınlığında UNO ilə bağlı daxil olan məlumatda olduqca diqqət çəkən məqamlar ortaya çıxıb.

Ümumiyyətlə, UNO-ları görənlər onun qısa zaman ərzində peyda olub yoxa çıxmasını qeyd ediblər. ONU parlaq və işıqsaçan aparatlaırnın görünəndən sonra tez bir zamanda yerə yaxınlaşdığı bildirilir.

Verilən məlumata görə, 1974-cü ildən  indiyədək NASA-ya İllinoys ştatından 3592 UNO məlumatı  daxil olub.