Narkomafiyanın yeni qurbanları: Atilla ova çıxır

0
165

Səbayel Payon Polis İdarəsinin əməkdaşları maraqlı bir faktın araşdırılmasna başlayıblar.

Onlar qızları güclü təsir göstərən narkotiklərdə asılı vəziyyətə salan kişinin axtarırlar.

Bu barədə hüquq-mühafizə orqanlarındakı etibarlı mənbədən daxil olub.

Bu həftə 59 yaşlı paytaxt sakini polisə müraciət edərək bildirib ki, avqustun 16-da Atilla adlı kişi onun qızı Nərmini Salyan şossesi yaxınlığındakı “King” otelinə aparıb. Orada qıza güclü təsir göstərən narkotik verib və beləliklə də, onda narkotik asılılıq yaradıb.

Qızın hansı maddəni qəbul etməsi barədə, hələlik, məlumat yoxdur. Bu, ekspertizanın nəticələri əsasında müəyyən ediləcək. Xatırladaq ki, narkotik vasitələr uzun müddət qala bilir.

Atillaya gəlincə, bu ad hüquq-mühafizə orqanlarına çox şey deyir. Beş il əvvəl Nərimanov rayonu ərazisində Türkiyə vətəndaşı, 1979-cu il təvəllüdlü Atilla Boran saxlanılmış və məsuliyyətə cəlb olunmuşdu. 2014-cü ilin sentyabrında DİN-in narkotiklərlə mübarizə idarəsinin əməkdaşları Azərbaycanda nadir hallarda raast gəlinən narkotikləri və güclü təsir göstərən psixotrop maddələri dövriyyədən çıxarmışdılar.

Atilla Boranın yaşadığı evdən 40 qram kokain, 20 paket güclü təsir göstərən banzay sintetik narktiki və 50 ədəd ekstazi həbi aşkarlayaraq götürmüşdülər. O, biznesmen adı altında narkotik vasitələrin ticarəti ilə məşğul olurmuş.

А.Boran Xətai rayon sakini Ramin İsmayılovla şərik olduğunu etiraf etmişdi. Onlar qaçaqmalçılıq yoluyla ölkəyə dəfələrlə narkotik gətiribmişlər.

Bəzi məlumatlara görə, Atilla Boran həbsdən azad olunub. Narkotik ticarətçisinin yenidən ova çıxdığı  da istisna olunmur…