Münasibətlərin yaxşılaşmasındakı maneə “ölüdür”

0
437

 

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə münasibətlərin yaxşılaşmasında maneə yaradan keçmiş prokuror Robert Müllerin istintaqının artıq “ölü” olduğunu bildirib.

Jurnalistlərə 22 ay davam edən istintaqla bağlı açıqlama verən Tramp Rusiya ilə münasibətlərin yaxşı olduğunu düşündüyünü bildirib.

“Biz Rusiya ilə yaxşı münasibətlər yaratmağa çalışırıq. İndi “ölü” olan ifritə ovunun sürdüyü mühitdə bunu etmək çox çətin idi”, – deyə bildirib.

 Donald Tramp və Robert Muller düşmənçiliyininin səbəbini xatırlatmaq üçün bu xəbəri təqdim edirik:

Robert Müller: Araşdırmamız prezidentə bəraət qazandırmayıb

Nümayəndələr Palatasının ədliyyə komitəsinin rəhbəri Cerrold Nadlerin “Siz prezidentə tamamilə bəraət qazandırdınızmı?” sualına sabiq xüsusi prokuror Robert Müller “Xeyr” deyə cavab verib.

“Prezident iddia olunan hərəkətlərinə görə bəraət almayıb,” Müller əlavə edib.

Prezident iddia olunan hərəkətlərinə görə bəraət almayıb.
Robert Müller

Eyni zamanda sabiq xüsusi prokuror izah edib ki, iqtidarda olan prezindetə qarşı cinayət ittihamı irəli sürülmnəsinə dair uzun müddətdir ki, qüvvədə olan Ədliyyə Departamenti qaydası Donald Trampa qarşı cinayət işi açılmasına imkan vermir.

Müller qeyd edib ki, onun komandası il boyu Trampdan üzbəüz ifadə almağa çalışsa da, prezident yalnız bəzi suallara yazılı şəkildə cavab verib

ABŞ-ın keçmiş xüsusi prokuroru Robert Müller çərşənbə günü Vaşinqtonda Konqres qarşısında Rusiyanın 2016-ci il Donald Тrаmpın xeyrinə prezident seçkilərinə müdaxiləsi və Траmpın prezident kimi xüsusi prokurorun təhqiqatına mane olmaq məqsədilə ədalət mühakiməsinin qarşısını almağa çalışıb-çalışmadığı ilə bağlı ifadə verib.

Dinləmə zamanı Müller həm Demokrat həm də Respublikaçı qanunvercirlərin çoxsaylı sualları ilə üzləşib.

Respublikaçı konqresmen Ken Bak Müllerdən soruşub:

“Əgər siz inanırsınızsa ki, o təhqiqatın gedişatına mane olub, ofisi tərk etdikdən sonra ona qarşı ittiham irəli sürülə bilərmi?

“Bəli” deyə Müller sualı cavablandırıb.

Müllerin öncə açıqladığı 448 səhifəlik hesabatında Тrаmpın üç il bundan əvvəl onun kampaniya müşavirlərinin Rusiya agentləri ilə çoxsaylı təmaslarına baxmayaraq, Moskva ilə əlbir olmadığı haqda nəticə çıxarmışdı.

Donald Trampın prezidentliyə namizəd dönəmində Rusiya ilə təmasları rəqib Demokratlar tərəfindən şübhə və ittihamlarla qarşılanır.
Donald Trampın prezidentliyə namizəd dönəmində Rusiya ilə təmasları rəqib Demokratlar tərəfindən şübhə və ittihamlarla qarşılanır.

Xüsusi prokuror Müller Тrаmpın ədalət mühakiməsinə mane olub-olmadığı haqda nəticə çıxarmayaraq qeyd edib ki, əgər prezident cinayət törətməsəydi, onun komandası bunu hesabatda göstərmiş olardı.

Müllerin Konqres qarşısında ifadəsini şərh edən prezident Тrаmp dinləməni təşkil etdiklərinə görə Demokratlara təşəkkürünü bildirib. O, dinləmələrə sədrlik edən Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin Demokrat rəhbəri Adam Şiffi ölkə üçün “rüsvayçılıq” adlandırıb.

Dinləmədə çıxış edən Konqresmen Şiff prezident Trampı Amerikaya “qeyri-loyal” olmaqda ittiham edib.

ABŞ prezidenti təkidlə bildirib ki, dinləmələr böyük vaxt itkisidir və ruslarla əlbir olmaq, ya da Müllerin təhqiqatına mane olmaq məsələlərində ona bəraət verilib.

Trampın bəzi Demokrat əleyhdarları onun seçki kampaniyası dönəmindəki davranışını sərt tənqid edib və prezidentin Rusiya ilə təmaslarının dərindən araşdırlmasına çağırıblar.