Matçda azarkeşlər arasında dava: 3 ölü, 12 yaralı (VİDEO)

0
398
Hondurasın paytaxtı Tequsiqalpada “Olimpia” və “Motaqua” komandaları arasında keçirilən futbol matçında azarkeşlər arasında dava düşüb.
Matçdan öncə olimpialı azarkeşlər Mataqua yığmasının avtobusuna hücum edib, daha sonra qarşıdurma stadiona keçib. Hadisə nəticəsində 3 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Güc strukturları məsələyə müdaxilə edib. Təhlükəsizlik tədbirləri gücləndirilib və azarkeşlərin hamısı stadiondan çıxarılıb. Çox sayda azarkeşin gözyaşardıcı qazdan zəhərləndiyi bildirilir. Sözügedən səbəbdən matç ləğv olunub. Motaqua klubu sosial şəbəkə hesabında 3 futbolçunun yaralanaraq, xəstəxanaya yerləşdirildiyini açıqlayıb.