Kosmosda milli mətbəx

0
462

Birləşmiş Ərəb Əmirliklərinin bu ilin sentyabrında kosmosa uçuşu planlaşdırılan ilk kosmonavtı Xazza Al-Mansuri Beynəlxalq kosmik stansiyasında (BKS) Əmirliyin milli mətbəxindən ibarət şam yeməyi təşkil edəcək.

Bu barədə Məhəmməd bin Rəşid adına kosmik mərkəzi məlumat yayıb. Qeyd olunub ki, Al-Mansuri əmirliyin milli geyimində öz kolleqalarına üç milli xörək nümunələrini təqdim edəcək. Bundan öncə BKS-nin tarixində belə bir tədbir olmayıb. Əmirliyin kosmonavtı üçün milli yeməklərin hazırlanması ilə Rusiyanın “Kosmik qidalanma laboratoriyası” şirkəti məşğul olacaq.