Hovuza düşən 5 yaşlı uşaq xəstəxanada öldü – Azərbaycanda

0
211

Samuxda azyaşlı uşaq ehtiyatsızlıq nəticəsində hovuza düşüb.

Hadisə rayonun Sərkər kəndində qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü Həsənli Zeyid ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, 5 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.