Hindistan hökuməti turistlərdən geri qayıtmağı xahiş edir

0
243

Hindistanın Cammu və Kəşmir ştatlarının hökumətləri turistləri və yerli ziyarətçiləri ərazini dərhal tərk etməyə çağırıb.

Bu tədbir ciddi terror təhlükəsi ilə bağlıdır.

Yerli hökumətlər xüsusilə də Amarnath məbədini ziyarət edən şəxslərin təhlükə ilə üzləşmə ehtimalının güclü olduğunu bildirir. Bu təhlükəni dəf etmək üçün isə maddi vəsait çatmır.

Səlahiyyətli şəxslər yerli telekanallar vasitəsilə etdikləri çıxışlarında Kəşmir vadisində yerləşən Amarnath mağarasındakı turistlərə ziyarətin müddətini tezləşdirməyi və dərhal geri qayıtmağı tapşırırlar.

Polis idarəsindən verilən məlumata görə, məbədə gedən yolda dəhşətli terror hadisəsi həyata keçirmək planlaşdırılır. Belə ki, Kəşmir vadisindəki mağara yaxınlığından xeyli silah-sursatın və partlayıcının olduğu gizli obyektlər aşkarlanıb.

Qeyd edək ki, Amarnath mağarası 3,8 kilometr hündürlükdə yerləşir və qışda ora yol bağlı olur. Bu səbəbdən də, yay aylarında bu müqəddəs yerə insan axını müşahidə edilir.