Generala corab çatdırmaq üçün  xüsusi təyinatlılar AYAĞA QALDIRILDI…

0
361


Ukrayna xüsusi təyinatlıları “məxfi” qrifli bir çantadakı corabları generallardan birinə çatdırmaq üçün həyəcan siqnalı ilə ayağa  qaldırılıb.

Bu barədə “InformNapalm Ukrayna” informasiya layihəsinin aparıcısı Mixail Makaruk məlumat yayıb.
“Ukrayna Silahlı Qüvvələrinin elit birləşmələrindən bir qrupu qısa müddətdə “məxfi” qrifi olan bağlamanın  bir generala təhvil verilməsi haqda əmr alıb. Lap ön  cəbhəyə…”-  deyə Makaruk  yazıb.
O, əlavə edib ki, “canlarını təhlükəyə atan və tapşırığın əhəmiyyətini dərk edən” döyüşçülər tapşırığı “uğurla” yerinə yetiriblər.
“General dərhal döyüşçülərin yanındaca  bağlamanı açıb və corabları  götürüb”-   Makarçuk bildirib.
Bağlama “Birgə Qüvvələrin Əməliyyatı” generallarından birinə təslim edilib. Makaruk hazırda həmin komandir haqqında “çox yazıldığı və danışıldığını” vurğulasa da, onun adını çəkməyib.
Ukrayna ordusundakı çatışmazlıqlardan yazan spiker bir faktı da xatırladıb:
“İyul ayında Ukrayna Dövlət Təhqiqat Bürosu (QBR) ölkənin Müdafiə Nazirliyi rəsmilərinin  Silahlı Qüvvələrin döyüşçüləri üçün qüsurlu  zirehli gödəkçələrin alınması barədə danışıqlarını təqdim edib. Danışıqlarda məmurlar məhsulları “yararsız” adlandırıblar. Onlar zirehli gödəkçələrin  7.62 mm kalibrli tüfəng gülləsi və ya 5.45 mm-lik “AK-74” gülləsi ilə asanlıqla deşildiyini bildiriblər.