Fövqəladə hallarda davranış qaydaları

0
246

 Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi avqustun 6-da “Azərxalça” ASC-nin Ağdam filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

FHN-dən  bildirilib ki, tədbirdə Nazirliyin Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin məsul əməkdaşları və müəssisənin kollektivi iştirak edib.

Toplantının keçirilməsində məqsəd müəssisə kollektivinin baş verə biləcək fövqəladə hadisələr zamanı davranış qaydalarına dair biliklərinin daha da təkmilləşdirilməsi olub. Görüşdə “Zəlzələ”, “Sel və daşqınlar”, “Dəm qazı”, “112 qaynar telefon xətti”nə müraciət qaydaları” mövzularında çıxışlar edilib, mövzulara dair videoçarxlar nümayiş olunub.

Görüşün sonunda kollektivi maraqlandıran suallar cavablandırılıb, maarifləndirici çap materialları paylanılıb.