Dünya təşvişdə: Pxenyan yeni raketin sınağını keçirdi

0
165


 

Şimali Koreya Yapon dənizinə naməlum tipli iki raket buraxıb.

Bu məlumatı “Yonhap” agentliyi yayıb. Məlumata görə, raket Şimali Koreyanın şimal-şərqindəki Xamxın şəhərindən buraxılıb. Agentlik raket buraxılışının digər detalları haqqında heç bir məlumat yaymayıb.

Qeyd edək ki, avqustun 6-da da Pxenyan yeni idarəolunan taktiki raketlərinin sınağını həyata keçirib.