Daha bir külək qurbanı: Binədə darvaza kişinin başına aşdı

0
211

Xəzər rayonunda 40 yaşlı kişinin üstünə darvaza aşıb.

Binə qəsəbəsində 1979-cu il təvəllüdlü Qəhrəmanov Qəhrəman Fərhad oğlu yaşadığı evin həyətində olarkən üstünə dəmir qapı aşıb.

Yaralı təcili olaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması, sol bazunun və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.