Con Bolton Ukraynaya səfər edəcək

0
155

Con Bolton Ukraynaya səfər edəcək

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton yaxın gələcəkdə Ukraynaya səfər edəcək.

Bu barədə diplomat özünün “Twitter” səhifəsində yazıb.

“Kiyevdəki tərəfdaşlarımızla qarşıdakı görüşləri səbirsizliklə gözləyirəm. Prezident Zelenskinin islahat səylərini, Ukraynanın möhkəmlənməsi və çiçəklənməsi yolunu dəstəkləyirik”.

Bundan əvvəl ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Valker bəyan etmişdi ki, Ukraynada söz azadlığı üçün heç bir təhlükə yoxdur.