Çexiyanın sərnişin “Boeing”ı Praqaya bir mühərrikdə qayıtdı

0
176

Çexiyanın “Smartwings” aviaşirkətinin “Boeing 737” tipli sərnişin təyyarəsi bir mühərriklə Yunanıstanın Samos adasından Praqaya uçuş edib.

Havaya qalxdıqdan bir qədər sonra təyyarənin iki mühərrikindən biri sıradan çıxıb.

Hadisə Egey dənizi üzərində baş verib. Təyyarənin kapitanı geriyə qayıtmamaq barədə qərar verib. O, yüksəklik səviyyəsini aşağı salıb və 2,5 saatdan sonra avialayner Praqa hava limanında yerə enib.

Bildirilir ki, təyyarənin göyərtəsində 170 sərnişin olub və onlara texniki nasazlıq barədə məlumat verilməyib.

Çexiyanın hava sərnişindaşıma idarəsi hazırda təyyarənin bir mühərrikinin sıradan çıxmasının və pilotun yaxın aeroportların birində təcili eniş etməməsinin səbəblərini araşdırır.

Ekspertlərin rəyinə görə, “Smartwings” sərnişinlərin hava yolu ilə daşınmasının təhlükəsizlik qaydalarını kobud surətdə pozub.